Ərdoğan zəlzələlərə hazırlıqla bağlı tapşırıq verdi
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Egey dənizində zəlzələlərin tezliyinin artması
fonunda İstanbulda və Türkiyənin digər vilayətlərində baş verə biləcək
fövqəladə hallara ciddi hazırlaşmağa çağırıb.
TodayPress xəbər verir ki, ərdoan bu barədə Nazirlər Kabinetinin
iclasından sonra xalqa müraciətində deyib.
"Son bir
neçə gündə Yunanıstan tərəfində baş verən yeraltı təkanlar bizə işimizin
dəyərini bir daha xatırladır və zəlzələyə hazırlığın ölkəmiz üçün kritik məsələ
olduğunu xatırladır. Yerli hökumətlər şəhər transformasiya layihələri
vasitəsilə şəhərləri zəlzələlərə hazırlamalı, siyasi mənfəət güdməməlidir.
Türkiyə şəhərlərini, xüsusilə İstanbulu zəlzələyə davamlı etməkdən başqa çıxış
yolu yoxdur” Türkiyə lideri bildirib.
tag: Ərdoğan, Zəlzələ, Hazırlıq, Türkiyə, todaypress.az,