Ərdoğanla Makron arasında telefon danışığı oldu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, danışıq Fransa liderinin təşəbbüsü ilə baş tutub.
Makron Ərdoğanı Ramazan bayramı münasibətilə təbrik edib və bu ayın İslam dünyası üçün xeyir və bərəkət gətirməsini arzulayıb.
Qiymət Mahir
tag: Ərdoğan,Makron,Türkiyə,Fransa,Todaypress.az,