Ərdoğanla Putin telefon danışığı aparacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apara bilər.
TodayPress xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən yazıb.
Bildirilib ki, ABŞ prezidenti Donald Trampla Ukrayna münaqişəsinin həllinin müzakirə edildiyi telefon danışıqlarından sonra Ərdoğan Putinlə telefonla danışa bilər.
Xatırladaq ki, Türkiyə lideri martın 16-da ABŞ prezidenti ilə danışıb.
Administrasiyanın verdiyi məlumata görə, o, Vaşinqtonun Ukraynadakı vəziyyəti həll etmək səylərini dəstəklədiyini bildirib.
Ankara Türkiyə və ABŞ prezidentləri arasında aparılan danışıqların nəticələrindən razı qalıb.
Ərdoğan Trampla söhbəti zamanı onu da vurğulayıb ki, ölkəsi münaqişənin başlanğıcından bəri ədalətli və davamlı sülhə can atıb və bu mövqeyə sadiq qalmağa davam edəcək.
Türkiyə liderinin sözlərinə görə, dünyada baş verən hadisələr Ankara ilə Vaşinqton arasında intensiv məsləhətləşmələri zəruri edib.
Töhfə Səməd
tag: Türkiyə,Ərdoğan,Rusiya,Putin,Telefon,Danışıq,Todaypress.az,