Ərdoğanla Zelenski görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident Sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
TodayPress xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
İki liderin Türkiyə-Ukrayna strateji tərəfdaşlığını müzakirə edəcəkləri, münasibətlərin bütün aspektlərdə nəzərdən keçirilməsi və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımların müzakirəsi gözlənilir.
Səfər həm də Ukraynadakı son hadisələrlə bağlı fikir mübadiləsi, digər aktual regional və qlobal problemlər üçün imkan yaradacaq.
Görüşlər başa çatdıqdan sonra müxtəlif sahələrdə sənədlər imzalanacaq.
Töhfə Səməd
tag: Türkiyə ,Rəcəb Tayyib Ərdoğan,Ankara,Ukrayna ,Volodimir Zelenski ,todaypress.az,