Ərəb Dövlətləri Liqasının sammitinin vaxtı dəyişdirildi

Dünya

18.02.2025 17:07

2899

Fələstin probleminin müzakirə ediləcəyi Ərəb Dövlətləri Liqasına üzv ölkələrin sammiti fevralın 27-dən martın 4-nə keçirilib.

TodayPress xəbər verir ki, bu məsələ haqqında Misir Xarici İşlər Nazirliyi məlumat verib.

"Fələstin məsələsinin müzakirə olunacağı Ərəb Dövlətləri Liqası fövqəladə sammiti martın 4-də keçiriləcək" deyə məlumatda bildirilib.

Qeyd edilib ki, yüksək səviyyəli görüş digər ərəb ölkələri ilə razılaşdırılaraq təxirə salınıb.

tag: Fələstin ,Ərəb Dövlətləri Liqası,Sammit,Misir ,todaypress.az,