Ermənistan Aİ-yə daxil olarsa, Rusiya...
“Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olacağı təqdirdə Rusiya Ermənistanla bütün iqtisadi münasibətlərə yenidən baxacaq”.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk deyib.
Onun sözlərinə görə, Moskva ilə İrəvan arasında iqtisadi münasibətlərə yenidən baxılması Ermənistanda insanların həyat səviyyəsinə təsir edəcək.
“Ölkə qərar verməli, Avrasiya İqtisadi Birliyi və Aİ arasında seçim etməlidir” deyə Overçuk bildirib.
Xatırladaq ki, Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olmaqla bağlı qanun layihəsini yekun oxunuşda qəbul edib.
Aysel Mətləb
tag: Ermənistan,Rusiya,Aİ,İqtisadi,Aleykes Overçuk,Todaypress.az,