Ermənistan Aİ-yə üzvlük prosesinə start verdi

Dünya

11.02.2025 15:23

2500

Ermənistan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün rəsmi prosesə başladığını bəyan edib.

TodayPress xəbər verir ki, bu barədə Mülki Müqavilə fraksiyasının deputatı Sisak Qabrielyan öz “Facebook” səhifəsində məlumat paylaşıb.

“Ermənistan Respublikası xalqının iradəsini ifadə edərək, ölkəni daha təhlükəsiz, firavan və inkişaf etmiş bir dövlətə çevirmək məqsədilə, bəyan edirik ki, Aİ-ə üzvlük prosesinə start verilir. 2025-ci il fevralın 11-də Ermənistan Respublikasının Milli Məclisində bununla bağlı müvafiq qanun layihəsinin qəbul edilməsi prosesi başlanıb” deyə o bildirib.

Qiymət Mahir

tag: Ermənistan ,Avropa İttifaqı,Sisak Qabrielyan,Aİ,todaypress.az,