Ermənistan Aİ-yə üzvlük prosesinə start verdi

Dünya

26.03.2025 11:26

2699

Ermənistan parlamenti ölkənin Avropa İttifaqına (Aİ) üzv olmaq istiqamətində hüquqi prosesi başlatmaq barədə qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib. 

TodayPress Ermənistan KİV-ə istinadən xəbər verir ki, 64 deputat qanun layihəsinin lehinə, 7 deputat əleyhinə səs verib, bitərəf qalan isə olmayıb.   

Təklif ictimai-siyasi təşkilatların təşəbbüsü ilə irəli sürülüb və Ermənistan Konstitusiyasına uyğun olaraq parlamentdə müzakirəyə çıxarılması üçün tələb olunan 50 min imzanı keçərək 60 min imza toplayıb.

Rəsmi Moskva hələ məsələyə münasibət bildirməyib. 

Qiymət Mahir

tag: Ermənistan,Aİ,Üzvlük,Proses,Todaypress.az,