Ermənistan hökumətinə Aİ-dən məsləhətçilər təyin edildi

Dünya

24.03.2025 14:40

1832

Ermənistan hökuməti və bir sıra nazirliklərdə Avropa İttifaqı ilə Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişinin (CEPA) həyata keçirilməsi ilə əlaqədar məsləhətçilər təyin edilib.

TodayPress bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovanisyan parlamentdə çıxışında bildirib.

Qeyd edilib ki, Avropa İttifaqından yüksək rütbəli məsləhətçi artıq Ermənistana ezam olunub, Fransa 5 müxtəlif nazirliyi məsləhətçilər göndərib. 

Eyni zamanda digər ölkələrdən ekspertlərinin dəvət edilməsinin mümkünlüyü nəzərdən keçirilir.

tag: Ermənistan,Avropa İttifaqı,Hərtərəfli Tərəfdaşlıq Sazişi,Paruyr Ovanisyan,todaypress.az,