Ermənistan KTMT iclasında iştirak etməyəcək
Fevralın 7-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin parlament komitə sədrlərinin görüşündə Ermənistan nümayəndələri iştirak etməyəcək.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Kalaşnikovun sözlərinə görə, sabah Moskvada KTMT-yə üzv ölkələrin parlament komitə sədrləri görüş keçirəcək.
Ermənistanın görüşdə iştirakdan imtina etməsinin səbəbləri açıqlanmayıb.
Qiymət Mahir
tag: Ermənistan,KTMT,İclas,Rusiya,Todaypress.az,