Ermənistan seçim qarşısında: Ai yoxsa Aİİ?
"Ermənistanda Avropa İttifaqına (Aİ) qoşulma prosesi ilə bağlı qəbul edilən qanun hələlik İrəvanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünü şübhə altına alan konkret hərəkətləri nəzərdə tutmur".
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan məlumat yayıb.
“Aprelin 4-də Aİ-yə qoşulma prosesinin başlanması ilə bağlı respublikada qəbul edilmiş qanun deklarativ xarakter daşıyır və hazırda Ermənistanın Aİİ-yə üzvlüyünü şübhə altına alan hər hansı konkret hərəkəti nəzərdə tutmur” deyə o vurğulayıb.
Xatırladaq ki, aprelin əvvəlində Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkənin Aİ-yə “qoşulması prosesinin başlanması” haqqında qanun imzalayıb.
Töhfə Səməd
tag: Ermənistan,Avropa İttifaqı,Avrasiya İqtisadi İttifaqı,todaypress.az,