Ermənistan Suriyaya yardım təklif edir

Dünya

07.02.2025 13:16

2057

Ermənistan Xarici İşlər Nazirliyi Suriyaya hansı sahələrdə yardım etməyə hazır olduğunu açıqlayıb.

TodayPress xəbər verir ki, açıqlama “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq verilib.

Yanvarın 27-də Ermənistan Xarici İşlər nazirinin müavini Vaan Kostanyanın Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani ilə Dəməşqdə keçirdiyi görüşdə Ermənistanın Dəməşqə humanitar sahə və islahatların həyata keçirilməsində kömək etməyə hazır olduğunu bildirib.

“Sputnik Ermənistan” nazir müavininin səfərinin kim tərəfindən təşəbbüs edildiyi, bu prosesdə Türkiyənin rolu olub-olmaması və Ermənistanın Suriyaya hansı islahatlarda dəstək olmağa hazır olduğu barədə sorğu ünvanlayıb.

Ermənistan XİN-dən verilən açıqlamada Kostanyanın səfərinin yalnız Ermənistan tərəfinin təşəbbüsü ilə həyata keçirildiyi vurğulanıb. Səfərin məqsədinin Suriyanın yeni rəhbərliyi ilə əlaqələrin qurulması, iki ölkə arasında ənənəvi dostluq əməkdaşlığının bərpa edilməsi və erməni icmasının problemlərinin müzakirəsi olduğu qeyd edilib.

Məlumata görə, Suriya tərəfi Ermənistan nümayəndə heyətinin Dəməşqə səfərini yüksək qiymətləndirib və əlaqələrin davam etdirilməsi barədə razılığa gəlinib.

Qiymət Mahir

tag: Ermənistan,Suriya,Ermənistan XİN, Vaan Kostanyan,Todaypress.az,