Ermənistan Türkiyə ərazisi ilə Suriyaya yardım göndərdi

Dünya

21.03.2025 13:30

1450

Ermənistan Türkiyə ərazisi ilə Suriyaya yardım göndərib.

TodayPress Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Tak Vaan Kostanyan bununla bağlı türkiyəli həmkarlarına təşəkkür edib.

Bildirilib ki, humanitar yüklü 4 maşın bu gün Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsindən keçib.

Qeyd edək ki, Ermənistan hökumətinin qərarı ilə Türkiyə üzərindən Suriyaya humanitar yardımın göndərilməsi üçün Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsi martın 21-dən 31-dək açılacaq. Bildirilib ki, bu qərarın qəbulu Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına göndərilmiş humanitar yardımın Türkiyə ərazisindən quru nəqliyyatı ilə daşınması zərurəti ilə əlaqədardır.

tag: Ermənistan ,Türkiyə, Suriya,Humanitar yardım ,todaypress.az,