Ermənistan-Türkiyə sərhədi 11 günlük açılacaq

Dünya

20.03.2025 13:48

2237

Ermənistan Türkiyə ərazisindən Suriyaya humanitar yüklər göndərmək üçün Türkiyə ilə sərhəddəki "Marqara" keçid məntəqəsini martın 21-dən 31-dək açacaq.

TodayPress xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

“Layihənin qəbulu Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına göndəriləcək humanitar yardım üçün nəzərdə tutulan yükün Türkiyə üzərindən quru yolu ilə daşınması zərurəti ilə şərtləndirilir”.

Bildirilib ki, bu eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə ilə münasibətləri normallaşdırmaq siyasəti çərçivəsində atdığı addımdır.

Sonuncu dəfə bu sərhəd keçidi zəlzələdən sonra Türkiyəyə humanitar yardım göndərmək üçün 2023-cü il fevralın 11-dən 17-dək açılıb.

Aysel Mətləb

tag: Ermənistan ,Türkiyə,Sərhəd,Marqara,todaypress.az,