Ermənistan və ABŞ əməkdaşlığı dərinləşdirir

Dünya

06.02.2025 13:44

2416

Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan Vaşinqtonla strateji tərəfdaşlıq əsasında ikitərəfli əlaqələri genişləndirmək və yeni imkanlar əldə etmək niyyətində olduqlarını bəyan edib.

TodayPress xəbər verir ki, bu barədə nazir rəsmi “X” hesabında paylaşım edib.

“Ermənistan Baş naziri Nikol Paşinyanı Vaşinqtona səfərində müşayiət etməkdən məmnunam” deyə Mirzoyan bildirib.

Nazir vurğulayıb ki, İrəvan ABŞ ilə münasibətləri müxtəlif sahələrdə inkişaf etdirmək üçün səylərini davam etdirir.

“Ermənistan-ABŞ strateji tərəfdaşlığı çərçivəsində iqtisadiyyat, ticarət, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığı daha effektiv etmək üçün mühüm danışıqları davam etdiririk” Mirzoyan əlavə edib.

Onun sözlərinə görə, İrəvan Vaşinqtonla əlaqələri daha da dərinləşdirmək və yeni imkanlar axtarmağa sadiqdir.

“Güclü təməl və aydın perspektivlərlə əlaqələrimizi genişləndirməyə və xalqlarımız üçün yeni imkanlar yaratmağa sadiqik” Ermənistan XİN rəhbəri bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda ABŞ-də işgüzar səfərdədir. Onun rəhbərlik etdiyi nümayəndə heyətinə Xarici İşlər naziri Ararat Mirzoyan da daxildir.

Qiymət Mahir

tag: Ermənistan, Paşinyan, Baş Nazir,ABŞ,Todaypress.az,