Ermənistanda Paşinyana qarşı impiçment hazırlığı
Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyası Baş nazir Nikol Paşinyana qarşı etimadsızlıq (impiçment) prosesinə başlamağa hazır olduğunu bəyan edib.
TodayPress xəbər verir ki, fraksiya rəhbəri Hayk Mamikonyan bu barədə çıxışında deyib:
“Hazırda hakimiyyət dəyişikliyi üçün ən real yol Baş nazirə etimadsızlıq elan edilməsidir. Bu təşəbbüsə qoşulmağa və Baş nazirliyə namizəd məsələsini müzakirə etməyə hazırıq.”
Fraksiyanın bütün 6 deputatı bu bəyanatı imzalayıb. Mamikonyan bildirib ki, əgər digər müxalif fraksiya “Ermənistan” eks-prezident Robert Koçaryanı namizəd kimi irəli sürərsə, bu təklifi dəstəkləyəcəklər.
Qanunvericiliyə əsasən, Paşinyana qarşı impiçment başlatmaq üçün müxalifət baş nazir vəzifəsinə alternativ namizəd irəli sürməli və ən azı 54 deputatın dəstəyini almalıdır.
Hazırda “Şərəfim var” və “Ermənistan” fraksiyalarının cəmi 34 mandatı var.
Qiymət Mahir
tag: Ermənistan ,Baş nazir , Nikol Paşinyan,Hayk Mamikonyan,todaypress.az,