Əsəd rejiminin dollar obyekti aşkarlandı

Dünya

12.02.2025 13:26

2417

Suriyada ordu sərhəddə qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq üçün Homs şəhərinin Qusayr bölgəsində genişmiqyaslı əməliyyat keçirib.

TodayPress xəbər verir ki, bu barədə Suriya KİV məlumat yayıb.

Əməliyyat zamanı devrilmiş Əsəd rejimi üzvlərinin bölgədə müasir elektron maşınlarla saxta xarici valyuta istehsal etdikləri obyekt müəyyən olunub.

Nəticədə Livanla sərhəddə devrilmiş rejimin saxta dollar əskinasları çap etdiyi obyekti ələ keçirilib. 

Nicat Osman

tag: Suriya,Ordu,Hərhəd,Əsəd rejimi ,todaypress.az,