Əsəd Suriyadan qaçarkən özü ilə sərvət aparıb
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd 2024-cü ilin dekabrında ölkəni tərk etməyə hazırlaşarkən özü ilə nağd pul və qiymətli əşya aparıb.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, o, Suriyadan qaçmazdan əvvəl icarəyə götürdüyü şəxsi təyyarə ilə təxminən 500 min dollar pul götürüb.
Həmçinin Əsədin iqtisadi müşaviri Yassar İbrahim onun devrilməsindən 48 saat əvvəl Suriyadan Birləşmiş Ərəb Əmirliklərinə 4 gediş-dönüş uçuşu edib.
Türkan İsgəndərli
tag: Əsəd,Suriya,Qaçış,Sərvət,Todaypress.az,