Estoniya həbsxanalarını icarəyə verməyi planlaşdırır
Estoniya hökuməti fevralın 13-də keçirilən iclasda Ədliyyə və Rəqəmsal Texnologiyalar nazirliyinə İsveç və Niderlandla həbsxanaların icarəyə verilməsi ilə bağlı danışıqlara başlamağı tapşırıb.
TodayPress xəbər verir ki, bu barədə Ədliyyə və Rəqəmsal Texnologiyalar naziri Liiza Pakosta mətbuat konfransında bildirib.
“Estoniya həbsxanaları dünya miqyasında nüfuz sahibidir və yüksək standartlara cavab verir. Bizim yaxşı təlim keçmiş, yüksək ixtisaslı əməkdaşlarımız, insan haqlarına əsaslanan iş metodlarımız və son dərəcə müasir infrastrukturumuz var” deyə o, vurğulayıb.
Onun sözlərinə görə, həbsxana binalarının icarəyə verilməsi hüquqi baxımdan mümkündür, praktik olaraq həyata keçirilə bilər və iqtisadi cəhətdən əsaslandırılmışdır.
Qeyd edək ki, İsveç və Niderland artıq Estoniya tərəfi ilə ilkin məsləhətləşmələr aparıb. Əgər danışıqlar uğurlu olarsa, ölkələr arasında beynəlxalq saziş imzalanacaq. Son qərarı Estoniya parlamenti verəcək.
Qiymət Mahir
tag: Estoniya,Həbsxana,İcarə,Qanun,Todaypress.az,