Estoniya hərbi xərclərini artıracaq
Estoniyanın müdafiə naziri Hanno Pevkur ölkəsinin 2026-cı ildə hərbi xərclərini ümumi daxili məhsulun (ÜDM) 5,4%-nə qədər artıracağını bildirib.
TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Nazir bu addımı “tarixi qərar” adlandırıb və qeyd edib ki, bu artım Estoniyanın milli təhlükəsizliyə verdiyi önəmin göstəricisidir.
Hazırda Estoniyanın müdafiə xərcləri ÜDM-in 3,3%-i səviyyəsindədir.
Yeni planla bu göstərici əhəmiyyətli şəkildə artaraq NATO ölkələri arasında ən yüksək səviyyələrdən birinə çatacaq.
Türkan İsgəndərli
tag: Estoniya,Hərbi,Xərc,ÜDM,todaypress.az,