Estoniya müdafiə sənayesini Ukraynanın xeyrinə istifadə etməyi təklif edir

Dünya

08.04.2025 18:54

16

Estoniyanın müdafiə naziri Hanno Pevkur Kiyevə səfəri zamanı ölkəsinin müdafiə sənayesi kompleksindən Ukraynanın maraqları üçün istifadə edilməsini təklif edib. 

TodayPress xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb. 

Nazir bildirib ki, Estoniya Ukraynaya dəstəyini davam etdirəcək və bu məqsədlə dövlət büdcəsindən ÜDM-in 0,25 faizindən çox maliyyə ayırıb.   

Pevkur həmçinin Ukrayna Müdafiə Nazirliyinin əməkdaşlarını Estoniyanın hərbi istehsal imkanları ilə tanış olmaq üçün ölkəsinə dəvət edib. 

"Estoniya Ukraynaya yardım və dəstəyi davam etdirəcək. Biz Kiyev və Tallin olaraq ədalətli və davamlı sülhə nail olmaq üçün birgə işləyirik" deyə nazir vurğulayıb. 

Aysel Mətləb

tag: Estoniya,Ukrayna,Müdafiə,Sənaye,Todaypress.az,