Estoniya "Narva" keçidini bağlayacaq
Estoniyanın Leninqrad vilayəti ilə sərhədində yerləşən "Narva" sərhəd-keçid məntəqəsi bir neçə gün bağlı olacaq.
TodayPress “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Şimal-Qərb Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Estoniya hökuməti aprelin 30-dan mayın 2-dək "Narva-1" keçid məntəqəsinin fəaliyyətini dayandırmaq qərarına gəlib” deyə məlumatda bildirilib.
Aysel Mətləb
tag: Estoniya,Rusiya,Sərhəd,Qərar,Todaypress.az,