Estoniya Ukraynaya 150 nəfərlik hərbi heyət göndərəcək

Dünya

30.04.2025 14:05

8

“Ukraynaya dəstək məqsədilə hərbi təlimatçılardan və qərargah zabitlərindən ibarət 150 nəfərlik heyət göndərməyə hazırıq”. 

TodayPress xəbər verir ki, bu barədəölkənin Baş naziri Kristen Mixal məlumat verib. 

O, ölkəsinin Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi və hazırda formalaşmaqda olan arzuedənlər koalisiyasının tərkibindəki missiyada iştirak etmək niyyətində olduğunu da bildirib. 

K. Mixal söyləyib ki, müvafiq qərar layihəsi təsdiqlənməsi üçün Parlamentə təqdim olunacaq. 

Estoniyanın hökumət başçısı Ukraynanın təhlükəsizliyinə təminat verilməsi yolunun NATO-ya üzvlükdən keçdiyini də sözlərinə əlavə edib: 

"Şimali Atlantika Alyansına üzvlük məsələsində ləngimələr olsa Ukraynanın təhlükəsizliyi müttəfiqlərdən təşkil olunacaq hərbi qüvvələr tərəfindən təmin edilməlidir. Çünki burada söhbət həm də Avropanın təhlükəsizliyindən gedir. Avropa ailəsinə mənsub olan müstəqil və suveren Ukrayna Moskvanın imperializmi ilə mübarizə məsələsində ən uğurlu strateji zəmanətdir”.

tag: Estoniya,Ukrayna,Hərbi,Heyət,Todaypress.az,