Estoniya Ukraynaya sursat və ərzaq göndərəcək

Dünya

23.02.2025 17:30

932

"Estoniya Ukraynaya artilleriya sursatları və ərzaq bağlamaları təhvil verəcək".

TodayPress xəbər verir ki, bunu Estoniyanın baş naziri Kristen Mixal "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Estoniya ukraynalı döyüşçülər üçün 10 min artilleriya mərmisi və 750 min ərzaq paketi göndərir” deyə siyasətçi yazıb.

Töhfə Səməd 

tag: Estoniya ,Ukrayna,Artilleriya ,Sursat,Kristen Mixal,todaypress.az,