Everestə dron dəstəyi: 7 saatlıq yol 15 dəqiqəyə...

Dünya

19.03.2025 14:13

648

Everest dağına dırmaşanlar təxminən 16 kiloqrama qədər faydalı yük daşıya bilən dronları sınaqdan keçirəcəklər. 

TodayPress xəbər verir ki, dağın əsas düşərgəsindən birinci düşərgəyə əşyaların piyada daşınması normalda 7 saat çəkir. 

Ancaq bu, hava ilə 15 dəqiqəyə başa gələ bilər.   

Dron operatorları yerli bələdçilərin üzərinə düşən yükü yüngülləşdirə, ölümlə nəticələnən qəzaların baş vermə ehtimalını azalda bilər. 

Çin istehsalı pilotsuz uçuş aparatlarının ilkin qiyməti yüksək olsa da, zamanla qurumlar üçün xərclərin azaldılacağı bildirilir. 

Türkan İsgəndərli

tag: Everest,Dron,Dəstək,Yol,Saat,Dəqiqə,Todaypress.az,