Fahri Erenel: "Ukraynada atəşkəs sülhə zəmin yarada bilər"
"Ukraynada atəşkəs uzunmüddətli sülh üçün təməl ola bilər".
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Təhlükəsizlik və Müdafiə Strategiyalarının Araşdırma və Tətbiqi Mərkəzinin direktoru Fahri Erenel deyib.
Onun sözlərinə görə, müəyyən məsələlərə aydınlıq gətirilməlidir.
Erenel qeyd edib ki, münaqişə tərəfləri arasında etimadsızlıq yüksək səviyyədədir və atəşkəs onu daha da artıra bilər.
Qeyd edək ki, Ukrayna və Rusiya ABŞ-nin 30 günlük atəşkəs təklifi ilə razılaşdıqlarını bildiriblər.
Türkan İsgəndərli
tag: Fahri Erenel,Ukrayna,Rusiya,ABŞ,Atəşkəs,Todaypress.az,