FBI 20 milyard dollarlıq qrantları araşdırır
ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) keçmiş prezident Cozef Baydenin 2022-ci il iqlim qanunu çərçivəsində təsis etdiyi İstixana Qazlarının Azaldılması Fondunun verdiyi 20 milyard dollarlıq qrantların təyinatını araşdırır.
TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Bildirilib ki, FBI agentləri bu həftə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) əməkdaşlarını dindiriblər.
Agentliyin hazırkı rəhbəri, Prezident Donald Trampın təyin etdiyi Li Zeldin fondun vəsaitləri nəzarətsiz şəkildə ayrıldığını və bu pulların geri qaytarılması üçün addımlar atılacağını bəyan edib.
Məlumata görə, araşdırma ilə bağlı artıq bir təcrübəli federal prokuror istefa verib.
Qiymət Mahir
tag: FBİ,EPA,Tramp,ABŞ,Todaypress.az,