Fələstin prezidenti Moskvaya səfər edəcək
Fələstin prezidenti Mahmud Abbas mayın 9-da Moskvaya səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Abdelhafiz Nofal “RİA”ya məlumat verib.
“Biz artıq Kremlin adına rəsmi məktub göndərmişik və onun tədbirlərdə iştirakını təsdiqləmişik” deyə səfir bildirib.
Qeyd edək ki, Moskvadakı yubiley tədbirlərində Serbiya prezidenti Aleksandar Vuçiç də iştirak edəcək və onun göstərişi ilə serb hərbi birləşmələri Qızıl meydandakı parada qatılacaqlar.
Tədbirlərə Tacikistan prezidenti Emoməli Rəhmonun da qatılması gözlənilir.
Bundan əlavə, 10 fevral tarixində Çin Sədri Si Cinpin rəsmi olaraq dəvəti qəbul edib və 9 mayda Moskvada keçiriləcək yubiley tədbirlərində iştirak edəcəyini bildirib.
Qiymət Mahir
tag: Fələstin,Mahmud Abbas,Rusiya,Səfər,Todaypress.az,