Fələstin və Misir rəsmiləri Antalyada Qəzzanı müzakirə etdilər
Fələstinin Baş naziri Məhəmməd Mustafa və Misirin xarici işlər naziri Bədr Əbdelati Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində görüşüblər.
TodayPress xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Görüş zamanı Qəzzada atəşkəsin bərpası müzakirə olunub. Tərəflər İordan çayının qərb sahili və Şərqi Qüdsdəki vəziyyətdən də söz açıblar.
Görüş zamanı Qəzzanın yenidən qurulması prosesi ətraflı şəkildə qiymətləndirilib və bu istiqamətdə beynəlxalq səviyyədəki təşəbbüslərdə ortaq koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Rəsmilər, Fələstinlilərin Qəzza zolağından və Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilindən zorla köçürülməsinə qəti şəkildə qarşı olduqlarını bildiriblər.
Töhfə Səməd
tag: Fələstin,Misir,Antalya,Qəzza,Todaypress.az,