Fidan: "Beynəlxalq Birlik İsraili Qəzzada sülhə məcbur etməlidir"

Dünya

27.04.2025 16:02

56

"Qəzza zolağında İsrailə qarşı sülhün təmin edilməsi beynəlxalq ictimaiyyət üçün əsas prioritet olmalıdır".

TodayPress xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib ki, Qəzzadakı humanitar faciə dünya ictimaiyyətinin gözü qarşısında baş verir və bölgəyə artıq iki aydır humanitar yardım çatdırılmır. Nazir əsas hədəfin tezliklə atəşkəsin bərpası, yardımın fasiləsiz çatdırılması və girovların dəyişdirilməsi olduğunu vurğulayıb.

Fidan əlavə edib ki, Fələstin probleminin həlli yalnız iki dövlət əsasında mümkündür.

Türkan İsgəndərli

tag: Hakan Fidan,Qəzza,İsrail,Fələstin,todaypress.az,