Filippində Kanlaon vulkanı püskürdü
Filippində vulkan püskürüb.
TodayPress xəbər verir ki, bu barədə "The Guardian" hadisə yerindən görüntüləri paylaşıb.
Neqros adasında ölkənin ən aktiv vulkanlarından biri olan Kanlaon oyanıb.
"Reuters" seysmik agentliklərə istinadən xəbər verir ki, püskürmə zamanı vulkandan 4000 metr yüksəkliyə kül səpilib.
Xatırladaq ki, əvvəlki püskürmə 2024-cü ilin dekabrında qeydə alınıb. Bundan sonra vulkanın ərazisində həyəcan səviyyəsi mümkün beşdən üçüncüyə yüksəlib.
Bu səviyyə lava axını riskinin artması və bir neçə həftə ərzində təhlükəli püskürmə ehtimalını nəzərdə tutur.
Töhfə Səməd
tag: Filippin,Kanlaon,Vulkan,Püskürmə,Todaypress.az,