Filippinin keçmiş prezidenti həbs edildi
Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında Manila Beynəlxalq Hava Limanında saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.
“Duterte Honq-Konqdan gəldikdən sonra həbs edilib və polis onu insanlığa qarşı cinayət işi ilə bağlı BCM-nin orderi əsasında həbs edib. Məhkəmə Dutertenin narkotiklərlə mübarizə kampaniyası zamanı baş verən qətlləri araşdırır” qəzet yazır.
Nəşr həmçinin Filippinin keçmiş liderinin həbsinin hava limanında iğtişaşlara səbəb olduğunu bildirib.
Xüsusilə, Dutertenin vəkilləri və köməkçiləri polis tərəfindən saxlanıldıqdan sonra siyasətçiyə yaxınlaşmağa belə icazə verilmədiyinə görə ucadan etiraz ediblər.
Töhfə Səməd
tag: Filippin,Prezident,Rodriqo Duterte,Həbs,Todaypress.az,