Filippinin sabiq prezidenti həbs edildi

Dünya

13.03.2025 02:45

2850

Filippinin sabiq prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən həbs edilib.


TodayPress xəbər verir ki, bu barədə məhkəmənin dərc olunan press-relizində deyilir.


Duterte əvvəllər Filippin hökuməti tərəfindən insanlığa qarşı cinayət törətməkdə şübhəli bilinərək BCM-nin məhkəməyə qədər palatası tərəfindən verilən həbs qərarına əsasən saxlanılmışdı.


Sabiq prezident 2011-ci il noyabrın 1-dən 2019-cu ilin 16 martına qədər Filippində törədildiyi iddia edilən qətllərdə ittiham olunur.

 

tag: Məhkəmə, Filippin,Prezident, Rodriqa, Cinayət, todaypress.az,