Finlandiya AES-də hidrogen sızması baş verdi
Finlandiyanın Loviisa atom elektrik stansiyasının ikinci enerji blokunda hidrogen sızması qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə stansiyanın operatoru "Facebook"da məlumat yayıb.
Bildirilib ki, mayın 3-də generatorun hidrogen istehlakında artım müşahidə olunub, bu isə sızmanın əlaməti kimi qiymətləndirilib. Sızma yeri müəyyən edilərək aradan qaldırılıb.
Hazırda ikinci enerji bloku yarım gücdə işləyir. Dörd istilik dəyişdiricisindən birinin təmirinə başlanılıb və işlərin iki gün ərzində başa çatacağı gözlənilir.
Qeyd edək ki, Loviisa AES Finlandiyanın Hästholmen adasında yerləşir və ölkənin ümumi elektrik enerjisi istehlakının 10%-ni təmin edir.
Türkan İsgəndərli
tag: Finlandiya,AES,Hidrogen,Elektrik,todaypress.az,