Finlandiya Rusiya ilə sərhədi bağladı

Dünya

16.04.2025 16:16

13

Finlandiya hökuməti Rusiya ilə sərhədi növbəti xəbərdarlığa qədər bağlı saxlamaq qərarına gəlib. 

TodayPress xəbər verir ki, bu barədə Finlandiya Nazirlər Kabineti məlumat yayıb. 

Buna səbəb üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axını olub.

Nəticədə hökumət şərq sərhəd keçidlərini bağlı saxlamaqla bağlı 2025-ci il aprelin 16-da qərar qəbul edib.   

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Helsinkinin sərhəd keçidlərini bağlamaq qərarı Avropada yeni ayırıcı xətlər yaradır.   

Türkan İsgəndərli

tag: Finlandiya,Rusiya,Sərhəd,Bağlanış,Todaypress.az,