Finlandiya Rusiya sərhədi yaxınlığında təlimə başlayır

Dünya

04.04.2025 18:55

2892

Finlandiya Müdafiə Qüvvələri Rusiya ilə sərhəd yaxınlığında bir həftə təlim keçəcək. 

TodayPress xəbər verir ki, bu barədə Finlandiya quru qüvvələri məlumat yayıb. 

"Utti Jaeger" alayının vertolyot batalyonunun gecə uçuşları aprelin 7-də başlayacaq. 

Təlim paytaxt regionu Lahti, Kotka və Kouvolada da keçiriləcək.

Məqsəd ordunun gücləndirilməsi, təhlükəyə qarşı hazırlıqlı olmasını təmin etməkdir. 

Qeyd edək ki, keçən ilin noyabrında Finlandiya Baltik dənizində NATO-nun “Stingdantys veai 2024” (Buz Küləyi 2024) hərbi dəniz təlimləri keçirilib.   

Türkan İsgəndərli

tag: Rusiya,Finlandiya,Sərhəd,Təlim,Todaypress.az,