Finlandiya Ukrayna üçün vəsait ayırdı
Finlandiya hakimiyyəti Ukraynanın vergi sisteminin təkmilləşdirilməsi və dəstəklənməsi proqramının həyata keçirilməsi üçün 1,6 milyon avro ayırıb.
TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Ukraynanın Dövlət Vergi Xidmətinə etimadın gücləndirilməsi" layihəsi Ukraynanın daxili gəlir bazasının gücləndirilməsinə və xarici maliyyələşdirmədən asılılığın azaldılmasına yönəlib.
Layihənin həyata keçirilməsi üçün 2025-2028-ci illərdə 1,6 milyon avro ayrılıb" deyə məlumatda qeyd olunub.
Bildirilib ki, Finlandiyanın vergi orqanları və Dövlət Vergi Xidməti layihəni birgə həyata keçirəcək.
Həmçinin bu layihə Kiyev və onun Qərb tərəfdaşları “effektiv və şəffaf vergi sistemi” yaratmaq və Ukraynada özəl sektorun fəallığını artırmaq məqsədi daşıyır.
Aysel Mətləb
tag: Finlandiya,Ukrayna,Rusiya,Vəsait,Todaypress.az,