Finlandiya Ukrayna üzrə Avropa elçisi təyin etmək istəyir

Dünya

29.03.2025 18:37

2374

“Avropa Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün öz komandasını yaratmalıdır”.

TodayPress xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb deyib.

O, həmçinin Avropanın səylərini əlaqələndirmək üçün Ukrayna üzrə xüsusi nümayəndənin təyin edilməsinin vacibliyini qeyd edib. 

Xatırladaq ki, martın 27-də Parisdə   Ukraynaya dəstək verən Könüllülər koalisiyasının sammiti keçirilib.

Sammitdə 20-dən çox ölkənin təmsilçiləri, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenski iştirak edib.

Sammitindən sonra Fransa prezidenti Emmanuel Makron bildirib ki, üç həftə ərzində tərəfdaşlar Ukraynada atəşkəs rejiminə nəzarət planını təqdim edəcəklər.

Makron həmçinin Ukraynaya “çəkindirici qüvvələr” göndərməyi təklif edib.

Türkan İsgəndərli

tag: Finlandiya,Ukrayna,Avropa,Elçi,Təyinat,Todaypress.az,