Finlandiya Ukraynaya 16 milyon avroluq humanitar yardım göndərəcək

Dünya

10.03.2025 18:59

2638

Finlandiya hökuməti Ukraynaya 16 milyon avro dəyərində humanitar yardım göndərməyə hazırlaşır.   

TodayPress xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, yardım paketi Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar strukturları və Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Kiyevə çatdırılacaq. 

Qiymət Mahir

tag: Finlandiya,Ukrayna,Humanitar,Yardım,Todaypress.az,