Finlandiya Ukraynaya hərbi yardım göndərən ölkələr arasında öndədir

Dünya

08.02.2025 18:00

1610

Finlandiyanın Ukrayna Silahlı Qüvvələrinə hərbi yardımının ümumi məbləği hazırda təxminən 2,5 milyard avro təşkil edir. 

TodayPress xəbər verir ki, bu barədə Finlandiya KİV məlumat yayıb. Qeyd olunub ki, bu ölkə Kiyevə göndərdiyi hərbi yardımın həcminə görə beşinci yerdədir. 

Eyni zamanda, Finlandiya rəsmiləri bəyan ediblər ki, onlar Ukraynaya lazım olduğu müddətcə dəstəyi davam etdirmək niyyətindədirlər.

Qeyd edək ki, yanvarın sonunda Finlandiya hökuməti Ukraynaya 198 milyon avro məbləğində 27-ci hərbi yardım paketi ayırıb.

Nicat Osman

tag: Finlandiya,Ukrayna,Yardım paketi,Hərbi,Todaypress.az,