Finlandiya Ukraynaya hərbi yardımın dayandırmasına münasibət bildirdi
ABŞ prezidenti Donald Trampın hərbi yardımı dayandırmaq qərarından sonra Avropa İttifaqı (Aİ) Ukraynaya dəstəyini davam etdirməlidir.
TodayPress xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo deyib.
"Biz hamımız Ukraynanı dəstəkləmək niyyətindəyik və buna davam edirik. Sülhə nail olmaq üçün Ukraynanın cəbhə xəttində və danışıqlar masası arxasında mövqeyini gücləndirmək istəyirik" siyasətçi şərh edib.
Orpo parlamentdəki partiyaların toplantısından sonra keçirilən mətbuat konfransında Tramp administrasiyasının qərarını tənqid edib və əlavə edib ki, Ağ Evin hərəkətləri Aİ-nin Ukraynaya dəstəyini gücləndirməsini daha da aktuallaşdırır.
Eyni zamanda, Finlandiyanın Baş naziri Avropanın müdafiə qabiliyyətini gücləndirmək üçün Vaşinqtonla əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Töhfə Səməd
tag: Finlandiya,Ukrayna,Münqişə,Yardım,Todaypress.az,