Finlandiya Ukraynaya humanitar yardım göndərdi

Dünya

11.03.2025 05:33

1886

Finlandiya hökuməti Ukraynaya ümumilikdə 16 milyon avro həcmində humanitar yardım yollayıb.

TodayPress xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri XİN-ə istinadən məlumat yayıb.

Məlumata görə, yardım Kiyevə BMT-nin humanitar strukturları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə təhvil veriləcək.

Qeyd edilir ki, bundan əvvəl, yanvarın 31-də Finlandiya Müdafiə Nazirliyi Ukraynaya ümumi dəyəri 198 milyon avro olan 27-ci hərbi yardım paketinin ayrıldığını elan etmişdi.

 

tag: Ukrayna, Finlandiya, Yardım, Maddi, Müharibə, todaypress.az,