Finlandiya Ukraynaya sülhməramlı qüvvə göndərməyi qiymətləndirir

Dünya

18.02.2025 14:45

2529

"Finlandiya kiçik cəbhəyanı ölkədir və məhz buna görə fin sülhməramlılarının Ukraynaya göndərilməsini müzakirə etmək hələ tezdir". 

TodayPress xəbər verir ki, bunu ölkənin müdafiə naziri Antti Hakkianen “Yle TV1” telekanalının efirində deyib.

O, bildirib ki, Finlandiya Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsi ilə bağlı qərar qəbul etməyib.

Töhfə Səməd

tag: Finlandiya,Ölkə,Sülhməramlı,Ukrayna,Antti Hakkianen,todaypress.az,