Finlandiya və Ukrayna hərbi əməkdaşlıq sahəsində sənəd imzaladı
Finlandiya və Ukraynanın müdafiə nazirləri Antti Hakkänen və Rustem Umerov müdafiə sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.
TodayPress xəbər verir ki, bu barədə Finlandiyanın hərbi idarəsi bəyanat yayıb.
Məlumata görə, razılaşmanın əsas məqsədi müdafiə əlaqələrini dərinləşdirməkdir.
Memorandum müdafiə materialları, məlumat mübadiləsi, tədqiqat və innovasiya fəaliyyəti, döyüş sursatlarının istehsalı aspektləri, həmçinin Finlandiya və Ukraynada müdafiə layihələri ilə bağlı məsələləri əhatə edir.
Bir müddət əvvəl Finlandiyanın Baş naziri Petteri Orpo parlamentdə çıxışı zamanı bildirmişdi ki, Helsinki Kiyevə istənilən şəkildə kömək etməyə hazırdır, lakin Ukraynaya qoşun yeritmək niyyətində deyil.
Türkan İsgəndərli
tag: Finlandiya,Ukrayna,Müdafiə ,Nazirlər,Antti Hakkänen,Rustem Umerov,Todaypress.az,