Finlandiyada Adolf Hitler “namizəd” kimi təqdim edildi
Finlandiyanın Kanta-Hame bölgəsində naməlum şəxslər tərəfindən seçki vərəqələrində Almaniya lideri Adolf Hitler “namizəd” kimi göstərilib.
TodayPress xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" nəşri məlumat yayıb.
Vərəqələrdə insanlara ona səs vermək çağırışı edilib və Hitlerə “88 nömrəsi” verilib.
Media yazır ki, 88 rəqəmi neonasistlər tərəfindən “Heil Hitler” ifadəsini simvolizə etmək üçün istifadə olunur. Çünki “H” hərfi əlifbada səkkizinci yerdədir (HH = 88).
Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, Finlandiyada parlament seçkiləri baş tutacaq.
Türkan İsgəndərli
tag: Adolf Hitler,Finlandiya,Almaniya,Seçki,todaypress.az,