Finlandiyada icazəsiz uçan PUA-lar aşkar edildi
Finlandiya polisi Vihtavuoridəki Nammo barıt fabriki yaxınlığında icazəsiz dron uçuşlarını aşkar edib.
TodayPress xəbər verir ki, bu barədə adıçəkilən ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.
Finlandiya Mərkəzi Kriminal Polisin cinayət işi üzrə komissarı Cuzi Luyoto bildirib ki, hüquq-mühafizə orqanları sözügedən zavodun ərazisində və ya onun yaxınlığında uçan naməlum dronların bir neçə halını qeydə alıb. Polis araşdırması hazırda ilkin mərhələdədir, buna görə də hadisələrin təfərrüatları verilmir.
Qeyd edək ki, dronların Finlandiyaya və ya başqa ölkəyə məxsus olub-olmadığı hələ ki, bildirilməyib.
Aysel Mətləb
tag: Finlandiya ,Dron,Dünya,Cinayət işi,todaypress.az,