Fitso: “Ukrayna qazı Slovakiyadan tranzitlə alır”

Dünya

11.02.2025 15:31

2132

“Ukrayna qazı Slovakiyadan tranzitlə alır və onun tədarükü xarici şirkətlər tərəfindən həyata keçirilir”.

TodayPress xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

"Ukraynaya qaz ehtiyat boru kəməri ilə verilir. Bu qaz olmasaydı, Ukrayna donardı, lakin Slovakiyanın bununla heç bir əlaqəsi yoxdur. Təchizatçılar xarici şirkətlərdir" deyə o, “Facebook” səhifəsində yazıb.

Baş nazirin sözlərinə görə, Slovakiyanın xarici şirkətlər tərəfindən gündəlik təxminən 7,5 milyon kubmetr qaz nəqlinin dayandırılması variantlarını nəzərdən keçirməyə mənəvi haqqı var. O hesab edir ki, Avropadan Ukraynaya xarici tədarüklər qaz qiymətlərinə təzyiqi daha çox artırır. 

Aysel Mətləb

tag: Ukrayna ,Slovakiya,Qaz,Dünya,todaypress.az,