Fitsoya sui-qəsdin gerçəkliyini sübut edən fotolar təqdim edildi

Dünya

14.04.2025 18:42

19

Slovakiya müdafiə naziri və Baş nazir Robert Fitsonun yaxın silahdaşı olan Robert Kalinyak ölkənin baş nazirinə qarşı həyata keçirilmiş sui-qəsdin həqiqiliyini sübut etmək üçün jurnalistə qanlı paltarların şəkillərini göstərib. 

TodayPress xəbər verir ki, bu barədə o, bloger Oskar Baramiyə müsahibəsində danışıb.

Kalinyak bildirib ki, fotoları Fitsonun yerləşdirildiyi xəstəxanada çəkib.

O, mobil telefonunu çıxararaq güllə deşikləri və qan izləri olan pencək və köynəklərin fotolarını nümayiş etdirib: 

“Təsəvvür edə bilməzsiniz, daxilinizdə bir neçə güllə var və sizi əməliyyata aparırlar ki, onları çıxarsınlar”.

Baş nazir Robert Fitso daha əvvəl bildirmişdi ki, aldığı yaralar səbəbilə onu yeni əməliyyatlar gözləyir.

Onun sözlərinə görə, sui-qəsdi törədən şəxs ifadəsində bildirib ki, Fitsonun Ukraynaya münasibətdə fərqli mövqeyi və Rusiyaya simpatiyası səbəbilə ona nifrət edir.

Xatırladaq ki, sui-qəsd 2024-cü il mayın 15-də baş verib. Kabinet iclasından sonra küçədə tərəfdarları ilə görüşən Fitsoya 71 yaşlı yazıçı Yuray Tsintula beş dəfə atəş açaraq onu sinə, bud və qarın nahiyəsindən yaralayıb. Baş nazir təcili olaraq helikopterlə xəstəxanaya çatdırılıb. 

Qiymət Mahir

tag: Slovakiya,Robert Fitso,Sui qəsd,Sübut,Todaypress.az,