Floridada atışma nəticəsində 4 nəfər öldü
ABŞ-nin Florida ştatının Pembrok parkında atışma nəticəsində üçü uşaq olmaqla dörd nəfər ölüb, iki nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə mənbələrə istinadən “CBS” telekanalı məlumat yayıb.
"Dördüncü mərtəbədən sadəcə səkkiz atəş səsi eşitdim, ona görə də çölə qaçdım. Qonşularımdan biri mənə dedi ki, kişi bütün ailəsini öldürməyə, sonra isə intihara cəhd edib" Angel Aquino adlı şahid müstəntiqlərə bildirib.
Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələndə qadın, körpə və iki azyaşlı uşağın cansız bədənini aşkar ediblər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
tag: ABŞ,Florida,Atışma,Ölüm,Todaypress.az,