Focus: Zelenski bəzi məsələləri yenidən nəzərdən keçirməli olacaq

Dünya

01.03.2025 11:58

2391

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Ağ Evdə aparılan danışıqların nəticəsiz qalmasından sonra Rusiya ilə münaqişəyə münasibətini dəyişməli olacaq.   

TodayPress xəbər verir ki, bu barədə Almaniyanın “Focus” jurnalı yazıb. 

Məqalədə bildirilib ki, Tramp Zelenskiyə ultimatum verib, o, sülh yolu ilə nizamlanmaya hazır olduqda onunla dialoqu bərpa etməyə hazır olduğunu bəyan edib.

Bununla da Amerika prezidenti Ukrayna liderinə ABŞ-nin bütün tələblərini qəbul etməli olduğunu başa salıb.  Nəşr vurğulayıb ki, indi Zelenski yalnız Avropa ölkələrinin Trampa təsir edə biləcəyinə ümid edə bilər, çünki onun başqa variantı yoxdur. 

Töhfə Səməd

tag: Ukrayna,ABŞ,Zelenski,Tramp,Todaypress.az,